Bu şifrədən qətiyyən istifadə etməyin!
https://azeri.sahartv.ir/news/dünya-i369771-bu_şifrədən_qətiyyən_istifadə_etməyin!
2020-ci ilin ən məşhur 200 şifrəsinin siyahısı açıqlanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 19, 2020 17:26 Asia/Baku
  • Bu şifrədən qətiyyən istifadə etməyin!

2020-ci ilin ən məşhur 200 şifrəsinin siyahısı açıqlanıb.

SəhərAzəri Axar-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Nordpass” analitik şirkəti yayıb.

Belə ki, dünyada ən çox istifadə olunan beş şifrə "123456789", "picture1", "password" və "12345678" və “123456”dır.

Məlumata görə, dünyada ən populyar “123456” şifrəsi təkcə cari il ərzində 23 milyon dəfə dələduzlar tərəfindən “sındırılıb”.

Araşdırmalara görə, istifadəçilər edilən bütün xəbərdarlıqlara baxmayaraq sadə şifrələr seçməyə davam edirlər.