Amerikalılar “Qara cümə”də 9 milyard dollar xərcləyib
ABŞ-da “Qara cümə” endirim günündə, ölkədəki istehlakçılar onlayn alış-verişdə ötən ilin rekordunu yeniləyiblər.
SəhərAzəri “Associated Press”ə istinadən xəbər verir, ABŞ-ın 100 ən böyük pərakəndə satıcısından 80-də əməliyyatları izləyən “Adobe Analytics”in məlumatına görə, onlayn satışlar bir gün ərzində 9 milyard ABŞ dolların çatıb.
Keçən il bu rəqəm 7,4 milyard ABŞ dolları, 2018-ci ildə 6,2 milyard ABŞ dolları idi. Onlayn alış-verişə olan marağın artması bir çox ştatlarda pandemiya səbəbindən adi satış yerlərinin fəaliyyətində məhdudiyyətlərin olmasıdır.
Ən böyük tələb mobil cihazlar və müxtəlif məişət texnikasına olub. Əvvəlki illərlə müqayisədə alıcıların zinət əşyaları və ayaqqabılara marağı xeyli azalıb.
Qeyd edək ki, “Qara cümə” anlayışı 1932-ci ildə ABŞ-da yaranıb və bir neçə il sonra bütün dünyada məşhurlaşıb. Belə ki, ABŞ-da hər il noyabr ayının dördüncü cümə günü milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul olunur.
“Qara cümə”ni önəmli edən əsas məqam məhz bu tarixdə mağazalarda əksər məhsullara böyük endirimlərin tətbiq edilməsidir.