İnsanın Marsa göndərilməsinin təxmini vaxtı açıqlanıb
Dek 02, 2020 19:11 Asia/Baku
"SpaceX"in qurucusu Elon Mask yaxın altı ildə insanları Marsa göndərəcəyini vəd edib.
SəhərAzəri Trend-ə istinadən xəbər verir,bu barədə sahibkar Berlində Aksel-Şpringer mükafatının təqdimatı tədbirində bildirib.
"Yüksək bir ehtimalla, altı il içində bunun həyata keçiriləcəyini düşünürəm. Şanslıyıqsa, bəlkə də dörd ildən sonra" - Mask deyib.
O qeyd edib ki, artıq yaxın iki il ərzində Marsa komandasız kosmik gəmisini göndərmək planlaşdırılır.
Qeyd edək ki, SpaceX (Kosmik Kəşf Texnologiyalar Şirkəti) mərkəzi ABŞ-ın Kaliforniya ştatındakı Hotorn şəhərində olan bir amerikan kosmik nəqliyyat şirkətidir.