Pentaqonda kiberhücuma məruz qalıb
Amerikadakı hökumət təşkilatlarına kiberhücumların davamında Pentaqon da hakerlərin həmləsilə üzləşib.
SəhərAzəri xəbər verir, Amerika Müdafiə Nazirliyi- Pentaqon da son bir neçə gün ərzindəki kiberhücumlar dalğasında hədəfə alınıb və hakerlər bu nazirliyin məlumatlarını oğurlayıblar. Amerikanın dövlət departamenti də son bir neçə gündə hak edilmiş təşkilatlar arasında olubdur.
Pentaqon-un yüksək rütbəli rəsmiləri də bir məlumatda bildiriblər ki, bu ölkənin düşmənləri birbaşa şəkildə Amerikanın hərbi bazalarını hədəfə almağa qadirdirlər.
ABŞ rəsmilərinin iddialarına görə, Rusiya hökuməti üçün işləyən hakerlər qrupu Amerika daxili təhlükəsizlik nazirliyinin daxili əlaqələrinə daxil ola bilib.
Bu giriş bazar günü Amerikanın maliyyə və ticarət nazirliyini də hədəfə almış kiberhücumun bir hissəsidir.
Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ rəsmilərinin rus hakerlərin Amerikadakı hökumət təşkilatlarına kiberhücumları barədəki iddialarını təkzib edib və bu iddiaları qanunsuz adlandırıbdır.