Tramp qudası barədə əfv qərarı imzalayıb
https://azeri.sahartv.ir/news/dünya-i371146-tramp_qudası_barədə_əfv_qərarı_imzalayıb
ABŞ prezidenti Donald Tramp adları Rusiya ilə bağlı istintaq işində hallanan 25 nəfəri, o cümlədən kürəkənin atası barədə xüsusi əfv qərarı imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2020 12:29 Asia/Baku
  • Tramp qudası barədə əfv qərarı imzalayıb

ABŞ prezidenti Donald Tramp adları Rusiya ilə bağlı istintaq işində hallanan 25 nəfəri, o cümlədən kürəkənin atası barədə xüsusi əfv qərarı imzalayıb.

SəhərAzəri Report-a istinadən xəbər veriri ki, bu barədə Ağ ev yazılı açıqlama yayıb.

Bildirlib ki, dekabrın 23-də Donald Tramp 20 nəfər barəsində əfv qərarı imzalamışdı. 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı cinayət işi üzrə istintaqa cəlb olunan Corc Papadopulos və Aleks van der Zvaanın da adları bu siyahıdadır.

Dekabrın 24-də isə 2016-cı ilin prezident seçkilərində D.Trampın seçki kampaniyasına müşavirlik edən Pol Manafort və Rocer Stoun da daxil olmaqla 26 nəfər əfv olunub.

Kürəkəni Cared Kuşnerin atası Çarlz Kuşner də əfv edilənlər arasındadır.