Polşada hava çirklənməsinə görə, 52 min nəfər həyatını itirib
Hava çirklənməsi səssiz qatildir və Polşada üç şəhər dünyanın ən çirkli şəhərləri arasındadır və 2022-ci ildən Polşada daş kömür yanacağı ilə işləyən bütün qızdırıcılar yığışdırılacaq.
SəhərAzəri xəbər verir, Polşa Respublikası Şengen zonasında və Avropa İttifaqında altıncı iqtisadi qüdrətdir. Amma bəlkə də inandırıcı olmasın ki, bu ölkənin xalqı hələ də öz evini isitmək üçün daş kömürdən istifadə edir. Həmin yanacaqdan irəli gələn çirklənmə ildə 52 min nəfərin canını alır.
Polşa İnstitutundan olan ekoloq doktor Paul Ozyani deyir:
m.k- Hava soyuyan kimi, onun təzyiqi aşağı düşür. İnsanlar daş kömür peçlərini yandırırlar. Külək olmayanda bu iri həcmdə qara tüstü sabit qalır və tənəffüsü çətinləşdirir.
Avropa Ekologiya Agentliyinin xəritəsində Polşa hava çirklənməsi baxımından təhlükəli durumda olan və bənövşəyi rənglə müəyyən edilmiş bir neçə ölkədən biridir.
Polşada havanın və ətraf mühitin çirklənməsi amillərindən biri əhalinin daş kömürlə işləyən qızdırıcılardan istifadə etməsidir. Bu məsələ sovet dövründən mövcud olub və hələ də qüvvədə qalmaqdadır.
m.k- Bu məhəllədə həm yeni, həm də köhnə evlər var. İnsanlar ucuz enerji kimi daş kömürü ilə işləyən peçlərdən istifadə edirlər.
Daha təhlükəli problem budur ki, insanlar daş kömür tapmayanda zibildən yanacaq kimi istifadə edirlər.