Avropa Komissiyası Londonun sərt cavabından sonra Şimali İrlandiyaya peyvənd ixracına qadağanı götürüb
https://azeri.sahartv.ir/news/dünya-i372672-avropa_komissiyası_londonun_sərt_cavabından_sonra_Şimali_İrlandiyaya_peyvənd_ixracına_qadağanı_götürüb
Avropa Komissiyası koronavirusa qarşı peyvəndlərin Şimali İrlandiyaya tədarükünə qoyulmuş qadağanı ləğv edib. Qadağa cəmiyyət üzvlərindən kənar ölkələrə peyvənd ixracını əngəlləyən mexanizm əsasında qoyulmuşdu ki, Şimali İrlandiya da Birləşmiş Krallığın tərkibi olaraq bu qadağa ilə üzləşmişdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2021 05:36 Asia/Baku
  • Avropa Komissiyası Londonun sərt cavabından sonra Şimali İrlandiyaya peyvənd ixracına qadağanı götürüb

Avropa Komissiyası koronavirusa qarşı peyvəndlərin Şimali İrlandiyaya tədarükünə qoyulmuş qadağanı ləğv edib. Qadağa cəmiyyət üzvlərindən kənar ölkələrə peyvənd ixracını əngəlləyən mexanizm əsasında qoyulmuşdu ki, Şimali İrlandiya da Birləşmiş Krallığın tərkibi olaraq bu qadağa ilə üzləşmişdi.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki,  bu barədə Avropa Komissiyasının Brüsseldə yaydığı bəyanatda deyilir.

Avropa Komissiyasının peyvənd ixracatını əngəlləmək cəhdi Şimali İrlandiyada “düşmənçilik hərəkəti” kimi qiymətləndirildi və Britaniya hökuməti Avropa Komissiyasına qarşı güclü diplomatik hücuma başladı ki, sonda uğurla nəticələndi.