Avropada karantin məhdudiyyətlərinə qarşı geniş etiraz aksiyaları keçirilir
https://azeri.sahartv.ir/news/dünya-i372747-avropada_karantin_məhdudiyyətlərinə_qarşı_geniş_etiraz_aksiyaları_keçirilir
Bazar günü Avropanın bir neçə ölkəsi koronavirus məhdudiyyətlərinə qarşı geniş etirazlar aksiyalarının şahidi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2021 10:10 Asia/Baku
  • Avropada karantin məhdudiyyətlərinə qarşı geniş etiraz aksiyaları keçirilir

Bazar günü Avropanın bir neçə ölkəsi koronavirus məhdudiyyətlərinə qarşı geniş etirazlar aksiyalarının şahidi olub.

SəhərAzəri Xəbər verir ki, , Avstriya, Hollandiya və Belçikada koronavirus məhdudiyyətlərinə qarşı kütləvi aksiyalar keçirilib və çox sayda etirazçı həbs olunub.

Avstriyanın paytaxtı Vyana polisi bildirib ki, aksiyaların qadağan olunmasına baxmayaraq, təxminən 5 min insan küçələrə çıxıb və hökumətin tətbiq etdiyi məhdudiyyətlərə qarşı şüarlar səsləndirib.

Polis və etirazçılar arasında toqquşmalarda baş verib.

Hollandiyada da karantin məhdudiyyətlərinə qarşı keçirilən etiraz aksiyalarında təxminən 30 nəfər saxlanılıb.

Həmçinin, Belçikada etirazçılar koronavirus məhdudiyyətlərinə etiraz olaraq, küçələrə çıxıblar, Paytaxt Brüsseldə isə ən azı 200 nəfər həbs edilib.

Avropa ölkələri, hazırda geniş karantin məhdudiyyətlərinə və ümumi vaksinasiyanın başlanmasına baxmayaraq, koronavirusun, xüsusilə də mutasiyaya uğramış ştammının geniş yayılması ilə əlbəyaxadırlar.