Fev 17, 2021 18:15 Asia/Baku
  • Blinken:ƏMTP-nı yenidən bərpa etmək kifayət deyil

ABŞ Dövlət Katibi, çərşənbə axşamı gecəsi Əhatəli Müştərək Təşəbbüs Proqramının yenidən bərpasının kifayət olmadığını bildirdi.

SəhərAzəri xəbər verir ki, Antoni Blinken, “National Public” qəzetinə verdiyi müsahibəsində, ABŞ-ın ƏMTP-nı qanunsuz olaraq birtərəfli şəkildə tərk etməsinə işarə etmədən ,İrannın nüvə razılaşmasına qayıtmaması halda ABŞ-ın da bənzər addım atacağını iddi edərək, daha uzun və daha çətin bir razılaşmanın üzərində işləməli olduğunu deyib.

ABŞ Dövlət Katibi nüvə razılaşmasına qayıtmanı zəruri, lakin yetərsiz bir addım adlandırıb və İranla yeni bir razılaşmanı tələb edib.

İran Hökuməti, 5 Yanvar 2020 Bazar günü etdiyi açıqlamada, İran İslam Respublikasının Əhatəli Müştərək Təşəbbüs Proqramı əsasında üzərinə düşən öhdəliklərinin azaldılmasını elan etdi.

ƏMTP-nın  26 və 36-cı maddələrinə görə, qarşı tərəf öhdəliklərinə əməl etmədikdə, İran öz öhdəliklərini tamamilə və ya qismən dayandırmaq hüququna malikdir.

 

Teqlər