Moskva AB-nin Rusiyaya qarşı yeni sanksiyalarına reaksiya verib
Rusiya, Avropa Birliyinin qərbpərəst Rus müxalifəti olan Aleksey Navalnının işi ilə əlaqədar Moskvaya yeni sanksiyalar tətbiq etmək qərarını öncədən düşünülmüş bir şou adlandırdı.
SahərAzeri, Sputnikə əsasən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi, çərşənbə günü , Avropa Birliyinin Rusiya müxalifət lideri olan Aleksey Navalnının işi ilə bağlı, Rusiyaya qarşı sanksiyaları uzatma qərarını sirk şousuna bənzədiyini açıqladı.
Avropa İttifqaı xarici işlər nazirləri Bazar ertəsi günü Brüsseldəki bir toplantıda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə razılığa gəldilər.
Aİ-na üzrə ölkələrin xarici işlər nazirləri Rusiyanı, ölkənin müxalifət lideri Aleksey Navalnının həbsində iştirak edən 4 rusiyalı məmura qarşı sanksiya tətbiq etməkdə razılıq əldəedlər.
Rusiya müxalifətinin liderinin həbsindən sonra Avropa Birliyi, Rusiyaya daxili işlərinə müdaxilə edərək, ölkəni sanksiya tətbiq ediləcəyi ilə hədələyib.
Moskvadakı Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsi, Qərbin anti-Rusiya kampaniyasının genişlənməsi üçün yeni bir meydan oldu.
ABŞ və Avropa Birliyi Alexei Navalnıyı qətiyyətlə dəstəkləyir.
Moskva məhkəməsi bu yaxınlarda Navalnıyı vaxtından əvvəl azad etmə və təhlükəsizlik qaydalarını pozduğu üçün 3,5 il həbs cəzasına məhkum etdi.