Pekin: “ABŞ İrana qarşı sanksiyaları ləğv etməlidir”
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Ven Bin mövcud həssas vəziyyət barədə xəbərdarlıq edərək, ABŞ-dan İrana qarşı sanksiyaları ləğv etməyə və JCPOA nüvə müqaviləsinə qayıtmağa çağırıb.
SaharAzeri Deyerler.org istiadən xəbər verir ki, ötən gün (24 fevral) Pekində mətbuat konfransında danışan Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Ven Bin, İranın nüvə razılaşması ilə əlaqədar ölkəsinin mövqeyini açıqlayıb.
Associated Press-in məlumatına görə, Çinin diplomatik xidmətinin sözçüsü JCPOA nüvə müqaviləsi ilə bağlı mövcud vəziyyət barədə xəbərdarlıq edərək, bunu həssas vəziyyət kimi xarakterizə edib: “İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyət həm fürsətlərin, həm də çətinliklərin olduğu kritik bir vəziyyətdədir. Biz həmişə Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasına qayıtması və İrana tətbiq olunan sanksiyaların ləğvinin İranın nüvə məsələsi ilə bağlı bu vəziyyətdən çıxmağın açarı olduğuna inanmışıq”.