ABŞ İŞİD terrorçularını qanunsuz bazalarında yerləşdirməyi davam edir
ABŞ qüvvələri Suriyanın şimalında yerləşən həbsxanadan 10 İŞİD terrorçusunu Suriyanın cənubundakı Ət-Tanf bazasına köçürüb. Əl-Həsakə vilayətindəki yerli mənbələr, ABŞ-ın dəstəklədiyi kürd yaraqlılarının nəzarətində olan həbsxanaya daxil olan Amerika hərbi maşınlarının 10 İŞİD terrorçusunu özləri ilə apardıqlarını bildirib.
SaharAzeri xəbər verir: Amerika zirehli maşınları helikopterlərin dəstəyi ilə terrorçuları Əl-Həsakədəki Əl-Sənəviyyə əs-Sanaviyə həbsxanasından Əş-Şadadi bölgəsindəki qanunsuz hərbi bazalarına çatdırıb.
Əş-Şadadi bazasına daxil olan İŞİD terrorçuları Ət-Tanfa keçməyə hazırlaşaraq tam müayinədən keçir.
Məlumatlı mənbələr ABŞ İŞİD terrorçularını Suriya ordusuna, mülki şəxslərə və həyati əhəmiyyət daşıyan mərkəzlərə qarşı hücum etmək üçün istifadə etmək niyyətində olduğunu bildirir.
Xəbər verildiyi kimi, son iki ildə ABŞ-ın işğalçı qüvvələri şəxsi hədəfləri çərçivəsində, dəfələrlə Suriyanın şimal-şərqindəki kürd yaraqlıların nəzarətində olan həbsxanalardan və İraqdan İŞİD terrorçularını bazalarına köçürüb.