Lavrov: “ABŞ Suriyadakı hücumundan 4-5 dəqiqə əvvəl Rusiyaya məlumat verdi”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Suriyada həyata keçirilən hücumdan 4-5 dəqiqə əvvəl Rusiyaya məlumat verdiyini söyləyib.
SəhərAzəri Dəyərlər.org-nin Sputnik-ə istinadən yaydığı məlumata görə xəbər verir ki, jurnalistlərə açıqlama verən Lavrov, hücumun başladığı müddətdə bu qədər məlumat verməyin mənasız olduğunu bildirib.
Lavrov ABŞ-ın Suriyadakı mövcudluğunu qanunsuz olaraq xarakterizə edib və belə deyib: “Aldığımız bəzi məlumatlara görə, ABŞ Suriyanı tərk etmək niyyətində deyil. Bu yaxınlarda fərqli mənbələrdən məlumatlar eşidirik, amma hələ təsdiqləyə bilmirik. ABŞ-ın Suriya məhv olana qədər heç vaxt bu ölkəni tərk etməmək qərarı verdiyini düşünürük”.
Əfqanıstanlı həmkarı Muhamməd Hanif Atmar ilə görüşündən sonra açıqlama verən Lavrov, təmasların Rusiya və ABŞ orduları arasındakı qarşıdurmaların qarşısını almaq üçün həyata keçirildiyini, ancaq təmasların siyasi-diplomatik kanallarla başlamalı olduğunu vurğulayıb.
Lavrov ABŞ-ın yeni rəhbərliyinin bu məqsədlə yeni komandasını quracağına ümid etdiyini bildirib.