Koronavirus dönəmində alman qadınları üçün çətin vəziyyət yaranıb
Almaniyada qadınlar kişilərə nisbətən daha az maaş aldıqlarından narazı olduğu bir halda, koronavirus pandemiyası bu vəziyyəti daha da çətinləşdirib və qadınlar arasında işsizlik daha da artıbdır.
SəhərAzəri xəbər verir ki, Almaniyanın "DPA" agentliyini bununla bağlı yazıb: "Almaniyada orta hesabla qadınların gəlirləri kişilərə nisbətən əhəmiyyətli dərəcədə azdır".
Buna əsasən, tam zamanla işləyən qadınlar üçün ortalama ümumi əmək haqqı aylıq 3 min 117 avro olduğu halda, kişilər üçün 3 min 560 avrodur.
Federal Məşğulluq Agentliyi Beynəlxalq Qadınlar günü münasibətilə və parlamentin iclasında irəli sürülmək üçün solçular partiyasının müraciətinə əsasən yaydığı bir hesabatda bu statistikaları açıqlayaraq, əlavə edib: "Maaşların azaldılmasında kişilərin payı 15,5 faiz, qadınların payı isə 25,8 faizdir.
Bununla bağlı solçular partiyasının nümayəndəsi Sabine Zimmreman ADP-yə deyib: "Qadınlar hələ də əmək bazarında həssasdırlar, bu səbəbdən federal hökumət bərabər dəyərli iş üçün bərabər ödəniş qəbul etməlidir.
O, xəbərdarlıq edib ki, ümumiyyətlə, qadın işlərinin adətən az maaşlı olduğunu və kişi işlərinin daha yaxşı gəlirli olduğuna dair köhnə stereotip ortadan qaldırılmalıdır."
Zimmermanın dediyinə görə, kiçik müəssisələr bir çox hallarda part-time işlərlə yanaşı ümumiyyətlə məcburidirlər və onların əksəriyyəti qadınlar üçün yoxsulluq tələsidir və aşağı pensiya maaşları ilə nəticələnir.