Mart 14, 2021 10:00 Asia/Baku
  • Avropa İttifaqında koronavirusa qarşı vaksinin ədalətsiz bölgüsü etirazla qarşılanıb

Avstriya, Çexiya, Bolqarıstan, Sloveniya, Latviya liderləri Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenə məktub ünvanlayıb.

SəhərAzəri xəbər verir, 5 ölkənin liderləri məktubda peyvəndin ədalətli bölüşdürülməsi mövzusunda iclas tələb ediblər.

Məsələ ilə bağlı açıqlama verən Avropa Komissiyası peyvəndlərin ölkələrin əhalisinin sayına əsasən paylanacağını bildirib:

“Avropa Komissiyası da bunu təklif edir. Ancaq AB ölkələrin epidemioloji vəziyyətini və hər dövlətin peyvəndə ehtiyacını nəzərə alaraq, fərqli paylama forması olan çeviklik metodunu da əlavə edib. Yəni bu sistemdə hər hansı bir ölkə vaksinə ehtiyac duymazsa, həmin vaksinlər digər ölkələr arasında bölüşdürülür”.

Sonda 5 ölkənin iclas tələbinə əsasən qeyd olunub ki, martın 25-26-da keçiriləcək AB liderlər zirvəsində əsas məsələ COVİD-19-un müzakirəsi olacaq.

Qeyd edək ki, Avstriyanın Baş naziri Sebastian Kurts vaksinlərin ədalətli şəkildə paylanmadığını iddia edib.

 

 

Teqlər