Mart 15, 2021 19:40 Asia/Baku
  • Əfqanıstanda ABŞ əsgərlərinin sayı deyiləndən daha çoxdur

ABŞ-ın Əfqanıstandan tamamilə çıxmaq qərarı ərəfəsində bu ölkədəki əsgərlərinin sayının açıqlanan saydan daha çox olduğu məlum olub.

SəhərAzəri xəbər verir ki, Nyu-York Tayms qəzetinin Avropa, Amerika və Əfqanıstan səlahiyyətlilərinə istinadən verdiyi xəbərə görə, Əfqanıstan ərazisində ABŞ əsgərlərinin açıqlanan sayı 2500 nəfərdir, halbuki faktiki say 3500 nəfərdir. Bu, əvvəlki ABŞ administrasiyasının Talibanla ABŞ əsgərlərinin Əfqanıstandan tamamilə çıxmasına dair razılaşmasının mürəkkəbliyini artırır.

 ABŞ Konqresinin üzvləri dəfələrlə hökuməti son tarixdən sonra, əgər Əfqanıstanda qalacaqlarsa, ABŞ əsgərlərinin sayını artırmağa çağırıblar.

 ABŞ-ın yüksək səviyyəli məmuruna görə, Əfqanıstanda mövcud olan əsgər sayının qeyri-müəyyən olmasının səbəbi, ölkədəki bəzi xüsusi əməliyyat qüvvələrinin rəsmi qeydiyyata alınmaması və əlavə olaraq Əfqanıstanda müvəqqəti və keçid bölmələrinin olmasıdır.

 Başqa bir ABŞ rəsmisi, qüvvələrin içərisində Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Pentaqonun himayəsində fəaliyyət göstərən yüksək səviyyəli ordu qüvvələri olan “Birgə Xüsusi Əməliyyat Komandanlığı Birliklərini” əhatə etdiyini söyləyib.

 ABŞ Yəməndən Suriyaya və Maliyə təfərrüatları yalnız MKİ kimi qurumlara məlum olan və məlumatları məxfi sayılan qüvvələri yerləşdirib.

 Nyu-York Tayms qəzetinin yazdığına görə, bu, 2019-cu ildə Trampın ABŞ qoşunlarının Suriyadan çıxmasına çağırış etdiyi ilə müqayisə edilə bilər. ABŞ-ın keçmiş prezidenti Barak Obama müharibə bölgələrində oxşar üsuldan istifadə edib.

 Obama və Tramp dövründə keçmiş Dövlət Departamenti rəsmisi Laurel E.Millerin bildirdiyinə görə, rəqəmlərin ümumiləşdirilməsi, qismən, siyasi məqsədlər üçün elan olunan sayın özbaşına dəyişməsinin göstəricisidir.

Teqlər