Britaniyada etiraz aksiyası: həbs olunanlar var
Mart 28, 2021 00:05 Asia/Baku
Britaniyanın Bristol şəhərində etiraz aksiyası keçirilib.
SəhərAzəri xəbər verir ki,, mitinq iştirakçıları polis və cinayət qanunundakı “hər hansı bir özəl və ya ictimai ərazidə nəqliyyat vasitələrinin icazəsiz dayanmasını qadağan edən” maddədən narazı olduqlarını söyləyiblər. Onlar həmin maddənin tətbiq olunmaması ilə bağlı şüarlar səsləndiriblər.
Mitinq zamanı polis və etirazçılar arasında toqquşma yaranıb. Etirazçılardan 10 nəfər həbs edilib.
Qeyd edək ki, ölkədə koronavirus pandemiyası ilə əlaqədar olaraq kütləvi toplaşmalar qadağandır və qaydaları pozan şəxslər cərimə edilə bilər.