Mart 28, 2021 09:41 Asia/Baku
  • Kanadada kitabxanaya silahlı hücum edilib, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Kanadanın Vankuver şəhərində kitabxanaya silahlı hücum olub.

SəhərAzəri xəbər verir ki, bu barədə yerli CBC telekanalı məlumat yayıb.

APA-nın yaydığı xəbərə görə hadisə nəticəsində 1 qadın ölüb, 6 nəfər bıçaqlanıb.

Cinayətkar polis tərəfindən saxlanılıb. Onun şəxsiyyəti açıqlanmayıb. 

Kanadanın Baş naziri Castin Tryudo ölən şəxsin ailəsinə başsağlığı verib. 

Hadisənin motivləri araşdırılır.

Teqlər