Angela Merkel vaksinlərə etibar etməyə çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i375125-angela_merkel_vaksinlərə_etibar_etməyə_çağırıb
Almaniyanın federal kansleri Angela Merkel ölkə vətəndaşlarına müraciət edərək onları adı dəyişdirilmiş “AstraZeneca” vaksinindən qorxmamağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2021 12:32 Asia/Baku
  • Angela Merkel vaksinlərə etibar etməyə çağırıb

Almaniyanın federal kansleri Angela Merkel ölkə vətəndaşlarına müraciət edərək onları adı dəyişdirilmiş “AstraZeneca” vaksinindən qorxmamağa çağırıb.

SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, Merkel dünən axşam paytaxtda səhiyyə naziri Yens Şpan və federal əyalətlərin baş nazirləri ilə məsləhətləşib. Bu görüşdən sonra kansler bildirib ki, preparatın effektivliyi yüksək dərəcədədir, vaksinin adının dəyişdirilməsi isə onun kimyəvi tərkibini dəyişmir. O deyib: “Biz vaksinlərə etibar etməliyik”.

Merkelin fikrincə, adı dəyişdirilmiş köhnə preparatdan yaşı 65-dən aşağı olan şəxslər üçün istifadə edilməsi düzgün qərardır.