Astra-Zeneka bir daha Almaniyada qadağan olunub
İngiltərə vaksininin yan təsirləri və insanların ona etimadsızlığı Astra-Zeneka şirkətinin öz adını « VAXZEVRIA»ya dəyişməsinə bais olub.
SəhərAzəri xəbər verir ki, Almaniya rəsmi şəkildə altmış yaşından aşağı şəxslər üçün Astra-Zenekanın inyeksiyasını qadağan edib. Otuz bir nəfər bu vaksini vurduqdan sonra qan laxtalanması kimi zərərlərə düçar olub. Onlardan doqquz nəfər vəfat edibdir.
Almaniya kansleri Angela Merkel bu haqda deyib: "Hazırda baş verən əhvalatlar vaksinasiyanın birinci növbəsindən sevinən şəxsləri nigaran edir. Astra-Zenekadan istifadə sahəsində hərçənd etimadsızlığı inkar edə bilmərəm, lakin şəffaflıq bu şəraitlə üzləşmə üçün ən yaxşı yoldur".
İndi İngiltərə vaksininin bu aşılanma məhdudiyyətilə, yeni problemlər baş qaldırıb. Belə ki, iki milyon 700 min nəfərə Astra-Zenekanın ilk dozası vurulub və onlar ikinci dozanı gözləməlidirlər.
İnsanlarda etimadsızlıq yaranıb. Bu təzadla ki, əvvəl elan olundu ki, Astra-Zeneka yalnız 65 yaşından aşağı şəxslərə vurulur. İndi isə tamamilə əksinə; deyirlər ki, bu qrup üçün təhlükəlidir.
Astra-Zeneka vaksininin yan təsirləri və insanların ona etimadsızlığının üzə çıxması ilə bu peyvəndi düzəldən şirkət vaksinin adını «VAXZEVRIA»ya dəyişibdir.
Medialar bu addəyişməni Astra-Zeneka şirkətinin ümumi fikrə etinasızlığı kimi qeyd edirlər.