Avropa İttifaqının XİN başçıları Gürcüstanla bağlı müzakirə aparacaqlar
https://azeri.sahartv.ir/news/dünya-i375856-avropa_İttifaqının_xİn_başçıları_gürcüstanla_bağlı_müzakirə_aparacaqlar
Aprelin 19-da Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi formatda videokonfransı keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2021 21:03 Asia/Baku
  • Avropa İttifaqının XİN başçıları Gürcüstanla bağlı müzakirə aparacaqlar

Aprelin 19-da Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi formatda videokonfransı keçiriləcək.

SəhərAzəri Deyerler.org-a istinadən xəbər verir ki,bu barədə Aİ Şurası məlumat yayıb.

Onlayn tədbir çərçivəsində Gürcüstanda son hadisələr ətrafında da müzakirələr aparılacaq.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell XİN başçılarını cari məsələlər, son proseslər və planlaşdırılan tədbirlər barədə məlumatlandıracaq. Toplantı Gürcüstanla yanaşı, Hindistan, Myanma, Mozambikdəki vəziyyət, həmçinin İranın nüvə proqramı üzrə danışıqlara da həsr olunacaq.

Nazirlər həmçinin videokonfrans formatında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə da danışıqlar aparacaqlar.