Hindistanda oksigen böhranı: Bir saatlıq oksigen qalıb + FOTO
Bir sutkada 300 mindən artıq yoluxma ilə anti-rekord təzələyən Hindistanda oksigen ehtiyacı böhrana çevrilib.
SəhərAzəri Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” xəbər yayıb.
Yeni Delhi əyalət rəhbəri Arvind Kejrival şəhərdə hər gün 700 ton oksigen ehtiyacı olduğunu bildirib. Saroj xəstəxanasında artıq bir həftədir ki, sözügedən böhranla üzləşdiklərini və hazırda cəmi bir saatlıq oksigen olduğu bildirilib. Maharaştra ştatında isə daha böyük faciə yaşanıb: xəstəxanaların birində oksigen sisternində sızma yaranıb, nəticədə tənəffüs aparatına qoşulan 29 pasiyent həlak olub.
Çatışmazlıqla əlaqədar ölkədə oksigenin sənayedə istifadəsi məhdudlaşdırılıb, ancaq səhyyəyə yönləndirilib.
Qeyd edək ki, Hindistan aprelin 2-dən bəri dünyada ən çox yoluxma hadisəsinin qeydə alındığı ölkədir. Ekspertlər ölkədə xəstəxanalarda artıq yer qalmadığını bildirərək səhiyyə sisteminin çökmə üzrə olduğunu vurğulayıblar.