Almaniyada insanlara COVID peyvəndi əvəzinə başqa məhlul vurulub
Apr 26, 2021 09:25 Asia/Baku
Almaniyada Aşağı Saksoniya federal torpağının Vilhelmshafen şəhər polisi ölkənin Qırmızı Xaç cəmiyyətinin əməkdaşı olan tibb bacısına qarşı cinayət işi qaldırıb.
SəhərAzəri Oxu.az-a istinadən xəbər verir ki, , o, yerli vaksinasiya mərkəzində çalışdığı zaman koronavirusa qarşı “BioNTech” peyvəndini fiziki məhlulla dəyişdirib.
“RİA Novosti”-nin yaydığı məlumata görə Hadisə aprelin 21-də baş verib. Bildirilib ki, tibb bacısı 6 ədəd şprisi dəyişdirib.
Hazırda peyvənd əvəzinə fiziki məhlul vurulan şəxslərin səhhətinin normal olduğu bildirilir.