Rusiya Qazaxıstanda yeni raketi sınaqdan keçirib
https://azeri.sahartv.ir/news/dünya-i376310-rusiya_qazaxıstanda_yeni_raketi_sınaqdan_keçirib
Rusiya Hava-Kosmik Qüvvələri Qazaxıstanın Sarı Şaqan poliqonunda raket hücumundan müdafiə üzrə yeni raket sistemini sınaqdan keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2021 08:16 Asia/Baku
  • Rusiya Qazaxıstanda yeni raketi sınaqdan keçirib

Rusiya Hava-Kosmik Qüvvələri Qazaxıstanın Sarı Şaqan poliqonunda raket hücumundan müdafiə üzrə yeni raket sistemini sınaqdan keçirib.

SəhərAzəri : “Report” xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

 Ölkənin Hava-Kosmik Qüvvələrinin Raket Hücumundan Müdafiə birliklərinin komandanı general-mayor Sergey Qrabçuk bildirib ki, yeni sistemin sınağı uğurlu olub.

 Məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi Sarı Şaqanda sonuncu dəfə 2020-ci ilin noyabrında raket sınağı keçirib. Bundan əvvəl raket sınaqları 2020-ci ilin oktyabr, 2019-cu ilin iyun və iyul, 2018-ci ilin fevral, iyul, avqust və dekabr, 2017-ci ili noyabr aylarında keçirilib.