Apr 27, 2021 14:37 Asia/Baku
  • Moskva ilə Vaşinqton arasında soyuq müharibə qızışıb

Amerikalı ekspertlər bu qənaətdədirlər ki, Rusiya ilə Amerika arasındakı gərginliklərin azalması şansı hər gün azalmaqdadır. Moskva ilə Vaşinqton arasındakı gərkinliklərin artmasına bir nəzər salırıq.

Baydenin nadir bir ifadədən istifadə edərək, Putini qatil adlandırdığı, Putinin «şüşə bir evdə yaşayan bir kəs başqalarına daş atmamalıdır» ifadəsi ilə təhdid etdiyi... və Amerikanın öz qərbli müttəfiqlərinin halqası ilə Moskvaya diplomatik təzyiq göstərdiyi və yeddi il bundan öncədən bu günədək Moskva əleyhinə yüz ədəd maliyyə-iqtisadi sanksiya paketi tətbiq etdiyi bir dövrdə amerikalı yazar Piter Sinnot kimi bir çoxları bu qənaətdədirlər:

Pitre Sinnot deyir: "ABŞ-Rusiya münasibətlərinin dəyişməsi üçün çox az bir şans görürəm. Çəkişmələr davam edəcək".

Hazırda bütün böhranların qızğın çağında Rusiya milli təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev bir söz deyibdir ki, kənarından laqeydcəsinə keçmək olmaz. O, deyib ki; 20-ci əsrdə Karaib böhranının baş verdiyi zamandan bəri heç vaxt Rusiya və Amerika bu həddə müharibəyə yaxınlaşmamışdılar.

Karaib böhranı, ya Kuba raket böhranı ya 1962-ci il böhranı və ya raket qorxusu, yaxud da hər hansı adda olursa-olsun, bu böhran SSRİ-nin orta mənzilli ballistik raketlərininin Kuba ərazisində yerləşdirilməsinin ardınca Amerika ilə Sovet İttifaqı arasındakı onüçgünlük qarşıdurmanın rəvayəti idi…

Bu böhran soyuq savaşı hərtərəfli bir müharibəyə çevirə bilərdi.

Hətta Putin ilə Bayden arasında ehtimal üzrə gələn ay keçiriləcək görüşün belə, çəkişmələr səviyyəsini azalda biləcəyi mümkünsüz görünür. Özü də BMT-nin baş katibi Antonio Quterreşin bu günədək bir neçə «soyuq müharibə qüdrətlə davam edir» dediyi bir zəmanədə.

Teqlər