Lavrov ABŞ-a xəbərdarlıq etdi; Qırmızı xəttləri keçməyə cəhd etməyin
https://azeri.sahartv.ir/news/dünya-i376400-lavrov_abŞ_a_xəbərdarlıq_etdi_qırmızı_xəttləri_keçməyə_cəhd_etməyin
Rusiyanın xarici işlər naziri, rəsmi Moskvanın ABŞ-ın Rusiyanın qırmızı xəttlərini keçmək cəhdlərinə güclü cavab verəcəyini bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 28, 2021 10:18 Asia/Baku
  • Lavrov ABŞ-a xəbərdarlıq etdi; Qırmızı xəttləri keçməyə cəhd etməyin

Rusiyanın xarici işlər naziri, rəsmi Moskvanın ABŞ-ın Rusiyanın qırmızı xəttlərini keçmək cəhdlərinə güclü cavab verəcəyini bildirib.

SəhərAzəri xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: "Nə qədər ki, Vaşinqton üstün mövqedən çıxış edir, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə heç bir şey dəyişməyəcək".

Lavrov əlavə edib: "Əgər Vaşinqton Moskva ilə danışmaq istəmirsə, bu onun seçimidir və deməli soyuq müharibə və ya daha pis şəraitdə yaşayacağıq".

Rusiya xarici işlər naziri soyuq müharibə dövründə hökm sürən qarşılıqlı hörmət prinsipinin hazırkı siyasi arenada mövcud olmadığını qeyd edib.