May 01, 2021 14:13 Asia/Baku
  • Korotçenko: “Makron Fransanın, yoxsa Fransa erməniləri ittifaqının prezidentidir?”

Rusiyalı tanınmış təhlilçi İqor Korotçenko rəsmi Parisin ermənipərəst siyasətindn təəccübləndiyini söyləyib.

SəhərAzıru xəbər verir ki,Ekspert deyib ki, fransız millət vəkilləri Ermənistana və keçən payızda Qarabağda məhv edilən separatçı quruluşa dəstək verməyə davam edirlər.

Bu azmış kimi Ermənistandakı müxalif Milli Demokrat Qütbü hərəkatı Fransa prezidenti Emmanuel Makrona təcili olaraq “Fransa sülhməramlılarını” Ermənistanın cənub sərhədlərinə yerləşdirməklə bağlı müraciət edib. Bu, əlbəttə ki təxribatçı bəyanatdır. Ancaq onun da öz münbit əsasları var. Fransa prezidenti Emmanuel Makronun hərəkətləri tamamilə destruktiv xarakter daşıyır. Bəzən, istər-istəməz özünə bir sual verirsən: Makron Fransa prezidentidir, yoxsa Fransadakı ermənilərin müəyyən birliyinin prezidenti? Aydın bir cavab tapmaq sadəcə mümkün deyil.

Onun fikrincə, Paris Azərbaycanın Qarabağ bölgəsində qalan qanunsuz rejimin qalıqlarını qanuniləşdirmək üçün bölgəyə zorla daxil olmağı və özünə yer tutmağı hədəfləyən bir oyuna başlayıb. Ermənistanın strateji maraqlarını dəstəkləməyə yönəlmiş Fransa diplomatiyasının kəskin intensivləşməsini görürük. Parisin bu oyundakı ortaqları, fəaliyyətlərini Fransanın İrəvandakı səfirliyi və Fransa xarici kəşfiyyat xidmətinin İrəvandakı ofisi ilə sinxronlaşdıran nüfuzlu erməni elitalarıdır. Bu Parisin xarici siyasət əməliyyatıdır”, - deyə Korotçenko bəyan edib.

Teqlər