May 13, 2021 19:17 Asia/Baku
  • BMT TŞ-nin avropalı üzvləri sionist rejimə çağırış ediblər

BMT Təhlükəsizlik Şurasının dörd avropalı üzvü dünən gecə bir bəyanat yayıb, sionist rejimi fələstinlilərin mənzillərini dağıtmağı dayandırmağa çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, BMT Təhlükəsizlik Şurasının dörd avropalı üzvü sionist rejimin fələstinliləri qəsb olunmuş Qüdsdəki «Əl-Şeyx Cərrah» rayonundan çıxarmaq üzrə qərarını nigaranedici adlandırıblar.

BMT Təhlükəsizlik Şurasının bu dörd avropalı üzvü sionist rejimi sionist qəsəbə salmağı və fələstinlilərin mənzillərini dağıtmağı dayandırmağa çağırıb.

Estoniya, Fransa, Norveç və İrlandiya Respublikasının BMT-dəki daimi nümayəndələri bu bəyanatda sionist rejimin qəsb olunmuş Qüdsdəki düşmənçilik hərəkətləri və cinayətlərini pisləmədən yalnız sionist rejimin bu şəhərdə fələstinliləri qırğın etmək və yatırmaqdan əl çəkməsini istəyiblər.

Sionist rejimin Qəzzə zolağına qarşı şiddətli hücumlarına toxunan BMT Təhlükəsizlik Şurasının dörd avropalı üzvü həmçinin bildirib ki, bu rejimin Qəzzəyə qarşı hava hücumlarında uşaqlar da daxil olmaqla çox sayda mülki şəxsin öldürülməsi nigaranedici və qəbuledilməzdir.

Estoniya, Fransa, Norveç və İrlandiya Respublikasının BMT-dəki daimi nümayəndələri bu bəyanatı/ Amerikanın BMT Təhlükəsizlik Şurasında qəsb olunmuş Fələstin ərazilərindəki son durum barədə bəyanatın verilməsini əngəlləməsindən sonra veriblər.

Teqlər