Siyan şəhərində «İpək Yolu» sərgisi keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i376985-siyan_şəhərində_İpək_yolu_sərgisi_keçirilib
«Bir qurşaq və bir yol» layihəsinə üzv ölkələrin nümayəndələrinin yığıncağı koronavirus pandemiyasından sonra ilk dəfə olaraq, Çinin Siyan şəhərində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2021 13:01 Asia/Baku
  • Siyan şəhərində «İpək Yolu» sərgisi keçirilib

«Bir qurşaq və bir yol» layihəsinə üzv ölkələrin nümayəndələrinin yığıncağı koronavirus pandemiyasından sonra ilk dəfə olaraq, Çinin Siyan şəhərində keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, bu mərasimdə Çinin xarici işlər naziri Van Yi öz çıxışında bir daha bu layihənin üzv ölkələr üçün yolaçan və önəmli bir layihə olduğunu vurğulayıb. Deyib ki, əksər üzv ölkələr çox yaxşı təkliflər irəli sürüblər və bu təkliflər həmin ölkələrin xalqları üçün yaxşı iqtisadi bir durum müjdə verə bilər.

Həmçinin üzv ölkələrdən bəzilərinin xarici işlər nazirləri bu layihə və onun/ ölkələrin iqtisadi vəziyyətində buraxacağı təsir barədə öz baxış və nöqteyi-nəzərlərini bəyan ediblər.

Yığıncaqda iştirak edən tədqiqatçılar bildiriblər ki, bu layihənin icra edilməsilə ölkələrə bir çox faydalar çatacaq və məşğulluq məsələsində sair ölkələrdə böyük dəyişiklik yaranacaq.

Həmçinin yığıncağın kənarında daxili və xarici şirkətlərin iştirakı ilə 25-ci «İpək Yolu» sərgisi keçirilib.

«Bir qurşaq və bir yol» layihəsinə üzv ölkələr bu sərgidə iştirak edərək, özlərinin müxtəlif sahələrdəki son nailiyyətlərini nümayiş etdiriblər.