Artıq Qərb də İsrailin cinayətlərinə etirazını bildirir
564 niderlandlı alim: “Sionist rejimlə əlaqələr tam kəsilsin”
Yüzlərlə hollandiyalı akademik bu ölkə hökumətini sionist rejimlə bütün iqtisadi, siyasi və hərbi əlaqələrini kəsməyə çağıran petisiya imzalayıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu tələb sionist rejimin Qəzzəyə hücumda beynəlxalq hüququ pozması səbəbindən edilib. Bu haqda petisiya 564 hollandiyalı akademik tərəfindən imzalanıb. Petisiyada yazılıb: “Fələstinli həmkarlarımızın İsrailin (sionist rejim) akademik qurumlarını boykot etmək çağırışlarına qoşulduğumuzu elan edirik”.
Müraciətdə, həmçinin Niderland hökumətinin İsrail rejimi ilə bütün iqtisadi, siyasi və hərbi əlaqələri kəsməyə çağırış var.
Müraciətdə eyni zamanda İsrail rejiminin işğal olunmuş Qüdsdəki ərəblərin dini və mülki hüquqlarını pozaraq beynəlxalq hüququ pozduğu iddia edilir.
Bu arada Britaniyanın XİN başçısının "işğal olunmuş Fələstin" ifadəsindən istifadə etməsi ciddi qalmaqal yaradıb. Sözü gedən ifadəni Dominik Raab Tvitter hesabında yazıb. Nazirin paylaşımında “işğal olunmuş Fələstin əraziləri” ifadəsini qeyd etməsi sionistlər tərəfindən qəzəblə qarşılanmayıb.