Almaniya Ukraynanın silah tədarükü ilə bağlı çağırışına rədd cavabı verib
İyun 02, 2021 06:28 Asia/Baku
Almaniya Ukraynanın silah tədarükü ilə bağlı çağırışına rədd cavabı verib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas NATO ölkələri XİN başçılarının görüşündən əvvəl jurnalistlərə bildirib.
“Mən inanıram ki, Ukraynanın şərqindəki münaqişə yalnız siyasi vasitələrlə həll oluna bilər. Bu, Ukrayna ilə münasibətlərimizdə əsas yanaşma olaraq qalacaq və heç bir dəyişiklik olmayacaq”, - deyə Hayko Maas qeyd edib.
Almaniyanın xarici işlər naziri vurğulayıb ki, ölkəsinin Ukraynaya silah tədarükü, münaqişənin həlinə kömək etməyəcək.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya avtomat silahlar, radio avadanlıqlar və zirehli maşınların tədarükü ilə bağlı çağırış edib.