İyun 10, 2021 14:11 Asia/Baku
  • Avropa Parlamenti Avropa Komissiyasından şikayət edəcək

Avropa Parlamenti Avropa Birliyində qanunları pozan müstəbid dövlətlərdən şikayət edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa Parlamentinin sədr müavini Katrina Barli «Şpigel» həftəliyi ilə müsahibədə Avropa Komissiyasının Avropa Birliyinin bəzi üzvlərinin müstəbidcəsinə rəftarları ilə mübarizədə tərəddüd etməsini tənqid edərək deyib ki, Avropa Komissiyasının bu ölkələr qarşısında tədbir görməyəcəyi halda, ondan Avropa Ədalət Məhkəməsinə şikayət edəcək.

Barli Avropa Parlamentinin bu qərarı barədə deyib ki, Macarıstan və Polşa qanun hakimiyyətini nəinki öz ölkələrində aradan götürməyə, həm də onu Avropada da zəiflətməyə çalışırlar.

«Avropa Komissiyası ehtimal üzrə Macarıstan və Polşanın mühüm qərarlara veto qoymalarından nigarandır»-deyən Avropa Parlamentinin sədr müavini bildirib ki, Avropa Birliyi bir kəsə bac almaq icazəsi verməməlidir.

Macarıstan və Polşa keçən il Avropa Birliyinin maliyyə yardımlarını «qanun hakimiyyətinə hörmət» zərurəti ilə əlaqələndirən mexanizmə etiraz olaraq, bu birliyin baş ədliyyə məhkəməsinə şikayət etdilər. Avropa Komissiyası öz tərəddüdünün səbəbini, Avropa Birliyinin ədliyyə məhkəməsinin hökmü üzrə gözlənti elan edib.

Macarıstan və Polşa illərdir ki, qanun hakimiyyəti ilə bağlı müxtəlif mövzular üstündə Avropa Birliyi ilə əsaslı ixtilaflara malikdirlər.

Brüssel qeyd olunan iki ölkəni mediaların fəaliyyət azadlığına maneçilikdə və məhkəmə aparatının istiqlaliyyətini aradan götürmək üzrə səydə ittiham edibdir.

Teqlər