Fransada ekstremist sağçılara qarşı ümumi aksiya
Ətraf mühit aktivistləri, siyasi və peşə fəalları, həmçinin solçu partiyaların nümayəndələri və tərəfdarlarından minlərlə nəfər Fransa şəhərlərinin bir çoxunda, azadlıqların pozulmasına və ekstremist sağçılara qarşı ümumi aksiya keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, rəsmi şəxslərin bildirdiklərinə görə, otuz yeddi min nəfərdən çox insan ekstremist sağçılığa və azadlıqların pozulmasına etiraz olaraq, Fransanın 140 şəhərində, o sıradan doqquz min nəfər Parisdə küçələrə çıxıbdır.
Aksiya təşkilatçılarının sözlərinə görə, bütün Fransada etirazçıların sayı, Parisdə yetmiş min nəfər olmaqla 150 min nəfər olubdur.
Fransız etirazçılar sağçı partiyaları və bu ölkənin hökumətini ekstremist sağçılığı yaymaqda, həmçinin əhatəli təhlükəsizlik qanunu da daxil olmaqla azadlığı pozan qanunlar qəbul etməkdə ittiham ediblər.
Fransa hökumətinin koronavirus epidemiyasına nəzarətdəki zəifliyi, vergilərin artması və iqtisadi islahatlar, Emmanuel Makronun reytinqinin kəskin tərzdə tənəzzül etməsinə səbəb olubdur.