Amerika Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
ABŞ milli təhlükəsizlik müşaviri şənbə günü verdiyi müsahibədə bu ölkənin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ölkəsinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığını bildirib.
CNN informasiya kanalına müsahibə verən Ceyk Sullivan yeni sanksiyaların, Rusiya hökumətinə qarşı qərbyönümlü tənqidçi Aleksey Navalnının durumu ilə bağlı olduğunu bildirib.
Sullivan qeyd edib ki, ABŞ "Şimal Axını-2" qaz kəməri layihəsində fəal şəkildə iştirak edən Rusiya şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək.
Amerika prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra ilk dəfədir ki, bir Amerika rəsmisi Moskvaya qarşı yeni sanksiyaların tətbiqindən danışır.
Aleksey Navalninin həbsinə cavab olaraq, ABŞ və Avropa Birliyi bəzi Rusiya orqanları və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq ediblər.
Bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov demişdi ki; ABŞ yanılmamalı və təsəvvür etməməlidir ki, bir növ şifahi fəndlər və təzyiqlərlə bizim tanınmış hallar barədəki prinsipial mövqeyimizi dəyişə bilər.
Baydenin Amerika prezidenti postuna gəlməsindən bəri bir sıra mövzular, o sıradan ABŞ prezident seçkilərinə müdaxiləyə səy, həmçinin Amerikanın dövlət və təhlükəsizlik orqanlarına qarşı kiberhücumlar barədə Vaşinqtonun Moskvaya vurduğu ittiham ilə bağlı iki ölkə arasındakı gərginliklər şiddətlənibdir.