Makronun islamofob mövqeyi onun üçün əks nəticələr verdi
https://azeri.sahartv.ir/news/dünya-i378558-makronun_islamofob_mövqeyi_onun_üçün_əks_nəticələr_verdi
Tunisdə yerləşən strateji araşdırmalar mərkəzinin direktoru deyib ki, Fransa prezidentinin islamofob mövqeyi onun üçün əks nəticələr verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2021 16:36 Asia/Baku
  • Makronun islamofob mövqeyi onun üçün əks nəticələr verdi

Tunisdə yerləşən strateji araşdırmalar mərkəzinin direktoru deyib ki, Fransa prezidentinin islamofob mövqeyi onun üçün əks nəticələr verib.

SəhərAzəri-nin məlumatına əsasən, Əhməd Əlbərqavi bildirib ki, o, bu kimi hərəkətlərlə ekstremist sağçıları cəzb etmək istəyirdi, amma son əyalət seçkilərində ağır məğlubiyyətə uğradı.

Fransa parlamentinin üzvləri də bundan öncə İslam dininə və müsəlmanlara qarşı bir qanun qəbul etmişdilər. Ona əsasən, hökumət, ibadətgahları və mədrəsələri bağlamaq və Parisə görə, ifratçı olan çıxışlara mane olmaq imkanına malikdir.

Fransa 67 milyon nəfər əhali ilə Avropada ən çox, yəni beş milyon nəfərdən çox müsəlmana malikdir. Amma bu ölkədə müsəlmanlara qarşı geniş məhdudiyyətlər icra olunub.