Kiyev gərginlik yaratmaqda israrlıdır
Ukrayna ordusu başqa bir gərginlik yaradan addımda ABŞ-ın və digər ölkələrin hərbi qüvvələrinin iştirakı ilə çoxmilliyyətli hərbi təlimlər keçirib.
SəhərAzəri-nin məlumatına əsasən,Ukrayna ordusunun hərbi hava qüvvələrinin komandanı İohann Musyuk deyib ki, bu ölkənin qərbində yerləşən Lvov şəhərində zirehli texnika və vertolyotların iştirak etdikləri hərbi təlimlər başlanıb. O, bildirib ki, iyulun otuzunadək sürəcək bu təlimlər ABŞ, Polşa və Litva hərbçilərinin iştirakı ilə keçirilir.
Bu təlimlərin fonunda qeyd edək ki, son aylar Qərb ölkələrinin Rusiya sərhədləri ətrafındakı hərəkətləri Moskva ilə Qərb arasındakı gərginliklərin kəskinləşməsinə bais olubdur.
NATO son illər Moskvanın Qərbə qarşı hədələri bəhanəsilə Rusiya ərazisinin yaxınlığında və bu ölkə ilə həmsərhəd olan bölgələrdə geniş iştiraka malik olubdur.
Qərb-Moskva münasibətləri 2014-cü ildən Amerika xüsusiyyət təşkil etməklə NATO-nun Rusiyanın yaxınlığında və Şərqi Avropadakı hərbi nüfuzunun genişlənməsi, Ukrayna və Baltik dənizi böhranı, həmçinin Suriyanın durumu kimi, dörd istiqamətdə kəskinləşibdir.