Bayden: Rusiya-ABŞ müzakirələrinin ilk raundu ümidverici olub
https://azeri.sahartv.ir/news/dünya-i379606-bayden_rusiya_abŞ_müzakirələrinin_ilk_raundu_ümidverici_olub
Amerika prezidenti Co Bayden Moskva ilə Vaşinqton arasında keçirilən strateji müzakirələrin birinci raundu haqda nikbinlik ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2021 10:12 Asia/Baku
  • Bayden: Rusiya-ABŞ müzakirələrinin ilk raundu ümidverici olub

Amerika prezidenti Co Bayden Moskva ilə Vaşinqton arasında keçirilən strateji müzakirələrin birinci raundu haqda nikbinlik ifadə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Bayden cümə günü, Ağ Ev-də iştirak edən müxbirlərə, çərşənbə günü Cenevrədə keçirilən bu raund barədə deyib ki; biz, mənim ümidvar olduğum bir prosesdəyik.

Bununla belə, Bayden bu haqda artıq təfərrüat verməkdən çəkinibdir.

Amerika ilə Rusiya arasındakı üz-üzə strateji müzakirələrin ilk raundu İsveçrənin Cenevrə şəhərində keçirilib.

ABŞ Dövlət Departamenti bir bəyanatda bu barədə bildirib ki, həmin raundda amerikan və rus müzakirə heyətləri təhlükəsizlk şəraiti və nüvə silahlarına nəzarət ətrafında yeini bir müahidənin yaradılmasının perspektivləri haqda bəhs və məşvərət ediblər.

ABŞ Dövlət Departamenti öz bəyanatında həmçinin bu müzakirələri peşəkar və prinsipial danışıqlar adlandırıb.

Amerika ilə Rusiya arasındakı müzakirələr, iki ölkə prezidentlərinin iyulun altısında İsveçrədə əldə etdikləri razılaşmadan sonra başlanıbdır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov rus müzakirə heyətinə, ABŞ dövlət katibinin əvəzedicisi Vendi Şerman isə amerikan müzakirə heyətinə başçılıq ediblər.

Amerika ilə Rusiya arasında «strateji sabitlik müzakirələri» adlanan bu müzakirələr davam etməlidir.