ABŞ-Ərəbistan hərbi təlimləri
https://azeri.sahartv.ir/news/dünya-i379789-abŞ_Ərəbistan_hərbi_təlimləri
ABŞ və Ərəbistan qüvvələri F-16 qırıcıları və anti-PUA sistemlərindən isitfadə edərək, regionda birgə hərbi təlimlər keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2021 10:25 Asia/Baku
  • ABŞ və Ərəbistan
    ABŞ və Ərəbistan

ABŞ və Ərəbistan qüvvələri F-16 qırıcıları və anti-PUA sistemlərindən isitfadə edərək, regionda birgə hərbi təlimlər keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ və Ərəbistan qüvvələri bu təlimlərdə Yəmənin PUA hücumları ilə mübarizə üçün hava hücumundan müdafiə sistemləri üzərində məşq ediblər.

Amerikanın mərkəzi komandanlıq qərargahı də bu hərbi təlimlərlə bağlı tvitter-də iddia edibdir ki, hərbi təlim-məşqlər Ərəbistan ilə Amerikanın regionun hava məkanının təhlükəsizliyi üzərində təmərküzləşmələrinin göstəricisidir.

Bu, Amerika ilə Səudiyyə Ərəbistanının cari milad ilinin əvvəlindən bəri keçirilən pilotsuzlarla mübarizə üzrə üçüncü hərbi təlimidir.

Ərəbistanda «Patriot» tipli anti-raket sistemlərinin yerləşdirilməsinə rəğmən, ötən illərdə yəmənlilərin PUA və raket hücumları Yəmən savaşında güc müvazinətini dəyişə və səudlara iri iqtisadi xəsarətlər vura bilibdir.