Taliban Əfqanıstanın Hərat vilayətində yerləşən "Şindənd" hava bazasını ələ keçirib
Avq 12, 2021 19:36 Asia/Baku
Taliban silahlıları Əfqanıstanın qərbinə davam edən hücumlarında Hərat vilayətində yerləşən "Şindənd" hava bazası ələ keçiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Taliban qruplaşmasının sözçüsü Qari Yusif Əhmədi məlumat yayıb.
O, bildirib ki, qruplaşma Şindənd hava bazasına hücum etdikdən sonra Əfqanıstan təhlükəsizlik qüvvələri bazanın böyük bir hissəsini yandıraraq oranı tərk ediblər.
Shindənd hava bazası, Əfqanıstanın ən böyük hərbi bazalarından biridir ki, İran sərhədindən təxminən 120 km məsafədə yerləşir.
Taliban silahlıları bundan əvvəl Şiberqan və Kunduz aeroportlarını da ələ keçiriblər.