Qaradərililərə qarşı ayrı-seçkilik
Avq 14, 2021 15:30 Asia/Baku
ABŞ konqresi seçkilərinə Nyu-Cersi ştatından respublikaçı namizəd korona peyvəndinin vurulmasında qaradərililərə qarşı ayrı-seçkiliyi tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Billi Prempe bildirib ki, Nyu-Yorkda 18-44 yaşları arasında olan qaradərili amerikalıların yalnız 28 faizi inyeksiya olunub.
Bu o deməkdir ki, gələn ay vaksin pasportu qanunu qüvvəyə minəndə Nyu-Yorkdakı qaradərili amerikalıların 72 faizi hər hansı bir sosial xidmətdən məhrum ediləcək.-deyə, Prempe bildirib.
Bir çox amerikan qaradərili bu ölkədəki ağdərililərə nisbətən, koronavirus peyvəndinin vurulmasında böyük ayrı-seçkiliklə üzləşir.
Teqlər