Avq 16, 2021 10:29 Asia/Baku

BMT-nin baş katibi Antonio Quterreş “Taliban” hərəkatı üzvlərini və Əfqanıstanda münaqişənin digər tərəflərini maksimum dərəcədə təmkinli olmağa çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Baş katibin ofisinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, BMT baş katibi Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir. O, “Taliban” və bütün digər tərəfləri insanların həyatlarını qorumaq və humanitar ehtiyacları təmin etmək üçün maksimum dərəcədə təmkinli olmağa çağırır.

BMT baş katibi, həmçinin Əfqanıstanda bütün insan hüquqları pozuntularına son qoyulmasınna dair çağırış edib. O, BMT-nin əvvəlki kimi Əfqanıstan xalqına humanitar yardım göstərilməsinə sadiq qaldığını bəyan edib və deyib: “BMT münaqişənin sülh yolu ilə həll edilməsinə, bütün əfqanların, xüsusilə qadın və qızların hüquqlarının təbliğinə və insan həyatlarının qorunması məqsədilə ehtiyac içində olan mülki vətəndaşlara lazımi humanitar yardım göstərilməsinə sadiqdir”.

Teqlər