BMT dünyanı Əfqanıstana kömək etməyə çağırıb
BMT beynəlxalq ictimaiyyəti Əfqanıstana dəstəyini davam etdirməyə çağırıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, İngiltərə və Fransanın Əfqanıstandan təxliyə işlərini tamamladığı və bu ölkədən çıxdıqları bir halda BMT humanitar səylər xaricində dünyanın dəstəyinin çox vacib olduğunu söyləyib.
BMT-nin İnsan Hüquqlqrı üzrə Ali Komissarlığının sözçüsü Robert Kolvil bu haqda deyib:"Hazırda Əfqanıstanda çox ciddi humanitar vəziyyət mövcuddur ki, daha da pisləşə bilər".
Kolvil əlavə edib: "Əfqanıstanın bir çox infrastrukturu məhv edilib ki, bu da, qış fəslindən əvvəl ərzaq və dərmanların bu ölkəyə gətirilməsi vacibliyi deməkdir".
Eyni zamanda, Əfqanıstan Mərkəzi Bankının keçmiş rəhbəri Əcmal Əhmədi cümə günü ölkəsinin üzləşdiyi iqtisadi çətinliklər barədə xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti Əfqanıstana dəstəyini davam etdirməyə çağıraraq, deyib: "Humanitar yardımların davam etdirilməsi nəinki zəruridir, həm də qarşıdakı günlər və aylarda artırılmalıdır və başqa bir böhranın baş verməsini gözləməməliyik".