Avq 30, 2021 15:01 Asia/Baku
  • Respublikaçılar Baydeni istefaya çağırıblar

ABŞ Konqresinin Respublikaçıları Kabildəki terror aktında 13 amerikalı əsgərin öldürülməsi ilə əlaqədar olaraq, ABŞ prezidenti Co Baydendən istefa verməsini tələb ediblər.

SəhərAzəri-nin verdiyi məlumata görə, ABŞ-ın Respublikaçılar Partiyasından olan konqresmenlər, bu ölkə hərbçilərinin Kabildan təxliyəsi zamanı, 13 amerikalı hərbçinin və ən azı 170 Əfqanıstan vətəndaşının ölümü ilə nəticələnən terror aktından sonra ABŞ prezidenti Co Baydendi istefaya çağırıblar.  

Respublikaçılar onun istefasını, impiçment edilməsini və hətta ABŞ Konstitusiyasına edilmiş 25 -ci düzəlişin həyata keçirilməsini tələb edirlər.

Əslində, respublikaçıların çoxu, Baydenin Əfqanıstanda yol verdiyi kobud və hazırda ölümcül səhlənkarlığını böyük bir siyasi və hərbi fəlakət kimi dəyərləndirirlər, hansı ki Konqresdə respublikaçıların dəstəklənməsinə kömək edə bilər.

Teqlər