Sen 02, 2021 18:57 Asia/Baku
  • Əfqanıstanda insan fəlakəti
    Əfqanıstanda insan fəlakəti

Amerikanın biabırçılıq və məsuliyyəsizcəsinə Əfqanıstandan çıxmasından sonra BMT-nin Əfqanıstan məsələləri üzrə nümayəndəsi bu təşkilatın anbarlarında Əfqanıstan üçün ehtiyat edilmiş qida maddələrinin cari il sentyabr ayının sonunadək bitəcəyi və insan böhranının baş verəcəyi barədə xəbərdarlıq edib.

SəhərAzəri-nin verdiyi məlumata görə,  BMT-nin Əfqanıstanda humanitar məsələlər üzrə koordinatoru Ramiz Ələkbərov sonra bildirib ki, Əfqanıstan bir insan fəlakəti astanasındadır. BMT-nin və onun şəriklərinin fəlakətin baş verməsinin qarşısını almaq üçün əllərindən gələni edəcəkləri reallığına rəğmən, onlar güclü və səxavətli bir beynəlxalq dəstək olmadan bu işi görə bilməzlər.

BMT nümayəndəsi qeyd edib ki, əsas problem, qida çatışmazlığıdır. Əfqanların yarısından çoxu səhər yuxudan durarkən həmin gün yemək əldə edə biləcəklərini bilmirlər.

O deyib ki, Kabil aeroportu bağlıdır, amma BMT və onun şərikləri yardımların köçürülməsi üçün başqa yollar axtarmaqdadırlar.

BMT-nin Əfqanıstanda humanitar məsələlər üzrə koordinatoru deyib ki, yardımlar Pakistan avtomobilləri vasitəsilə Əfqanıstana təhvil veriləcək və ilk təyyarə tibb ləvazimatlarına şamil olan 37 tondan çox yüklə Məzar-Şərifə daxil olub.

Ələkbərov bildirib ki; «200 min nəfər üçün nəzərdə tutulan bu yük 20 xəstəxanaya təhvil veriləcək. Hal-hazırda Əfqanıstana 600 ton qida maddələri təhvil verilib. Bu yeməklər xüsusən əfqan uşaqlar üçün zəruridir, zira onların yarısı aclıq astanasında duracaq».

BMT nümayəndəsinin sözlərinə görə, hətta Əfqanıstanın Taliban tərəfindən ələ keçirilməsindən öncə BMT dünya ictimaiyyətindən əfqanlara yardım üçün 1,3 milyard dollar vəsait ayırmasını istəmişdi.

 

Teqlər