11 sentyabr işi yenidən cərəyana düşüb
https://azeri.sahartv.ir/news/dünya-i380853-11_sentyabr_işi_yenidən_cərəyana_düşüb
2001-ci l on bir sentyabr terror hücumlarının iyirminci ildönümünə bir neçə gün qalmış bu hücumların düşünən beyni olmaqda ittiham edilən Xalid Şeyx Məhəmmədin və daha dörd nəfərin mühakiməsi bu gündən bir daha Amerikada başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2021 15:02 Asia/Baku
  • 11 sentyabr işi yenidən cərəyana düşüb

2001-ci l on bir sentyabr terror hücumlarının iyirminci ildönümünə bir neçə gün qalmış bu hücumların düşünən beyni olmaqda ittiham edilən Xalid Şeyx Məhəmmədin və daha dörd nəfərin mühakiməsi bu gündən bir daha Amerikada başlanıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, on beş il müddətinə Kubada yerləşən Quantanamo bölgəsindəki «terrorizmlə mübarizə» məhbəsində saxlanılan Xalid Şeyx Məhəmməd və digər müttəhimlər 2019-cu ilin əvvəllərindən bəri ilk dəfə olaraq məhkəməyə çıxırlar.

Müttəhimlərin işinə baxılması prosesi korona pandemiyasına görə, ötən on yeddi ayda dayandırılmışdı və belə görünür ki, bu işə baxılması məhz ötən dövrdə dayandırılmış yerdən başlanacaq.

Müttəhimlər mühakimənin ötən dövründə hökumət tərəfindən təqdim olunmuş faktların əksər hissəsini rədd etməyə çalışıblar. Onların sözlərinə görə, bu cür faktlar Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin təcridxanalarında müttəhimlərin işgəncə edilmələri ilə əldə olunub.