Belarus Rusiyadan bir milyard dollarlıq silah satın alacaq
https://azeri.sahartv.ir/news/dünya-i381016-belarus_rusiyadan_bir_milyard_dollarlıq_silah_satın_alacaq
Belarus prezidenti bu ölkənin Rusiyadan bir milyard dollardan yuxarı məbləğdə silah satın almaq niyyətindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2021 15:35 Asia/Baku
  • Aleksandr Lukaşenko
    Aleksandr Lukaşenko

Belarus prezidenti bu ölkənin Rusiyadan bir milyard dollardan yuxarı məbləğdə silah satın almaq niyyətindən xəbər verib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Aleksandr Lukaşenko bildirib ki, Belarus hazırda bu məsələnin üzərində işləyir və bu ölkənin Rusiyanın «S-400» raket müdafiə sistemləri ilə ehtimal üzrə təmini haqda müzakirə də cərəyan etməkdədir.

Belarusun Rusiyanın strateji şəriki olduğunu dilə gətirən Lukaşenko qeyd edib ki, Moskva tezliklə Belarusu onlarla hərbi təyyarə, vertolyot, hava hücumundan müdafiə sistemi və ehtimal üzrə «S-400» raket müdafiə sistemləri ilə təchiz edəcək.

Rusiya da Belarusa dəstək istiqamətində özünün «Suxoy-30» qırıcılarından bir qrupunu bu ölkəyə göndəribdir.