Sen 14, 2021 18:36 Asia/Baku
  • Hamed Kərzay
    Hamed Kərzay

Əfqanıstanın keçmiş prezidenti bildirib ki, taliblərlə etdiyi söhbətdə tərəflər Əfqanıstanda əhatəli hökumətin qurulmasına təkid ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Hamed Kərzay bir müsahibədə vurğulayıb ki, Əfqanıstanda əhatəli hökumət bu ölkədə sabitliyin bərqərarına kömək edəcək. O, deyib ki, hökumət başçı kimi elan olunub. Ümid edilirdi ki, əhatəli olsun və əhatəli olmasına da səy göstərilir.

Əfqanıstanın keçmiş prezidenti bildirib ki, hökumətin elan olunmasından sonra Taliban-ın başçıları ilə söhbət edib və onlar da deyiblər ki, hökumətin əhatəli olmasına səy göstərilir.

Taliban sentyabrın yeddisində Məhəmməd Həsən Axundun başçılığı ilə başçı nazirlər kabinetini elan etdi.

Taliban tərəfindən qadınların məsələləri üzrə nazirliyin ləğv edilməsi və bu qrupun hökumətinin «əhatəli olmaması» adlandırılan məsələ, beynəlxalq reaksiyalara səbəb olub. İndiyədək heç bir ölkə Əfqanıstanda qurulmuş Taliban hökumətini rəsmən tanımayıbdır.

 

Teqlər