Quterreş dünya ölkələrini bir araya gəlməyə çağrıb
Dünya saysız-hesabsız problemlərlə üzləşir
-
Quterreş
BMT-nin baş katibi bildirib ki, dünya saysız-hesabsız problemlərlə üzləşir.
SəhərAzəri-nin məlumatına əsasən, «Dünya heç vaxt bu həddə problemlə üzləşməmişdi. İqlim dəyişikliklərindən tutmuş münaqişələrə və COVİD-19-dək. Bütün bunların hamısı stabil inkişafı daha da əlçatanlıqdan kənarda qoyur.»-deyən BMT-nin baş katibi bu gün səhər saatlarındakı çıxışında sonra belə söyləyib: Bizim ixtiyarımızda yaxşılaşmaq üçün ən yaxşı vasitə var, əlbəttə ki, əgər ondan istifadə etmiş olsaq. Bu vasitə məhz bizim yaşadığımız andır: planeti və özümüzü xilas etmək üçün bir araya gəlmək.
«Mən ötən həftə ortaq iş gündəmimizi işə saldım- multilateralizm sistemini bərpa etmək və dünyanı ortaq hədəflərimiz ətrafına toplamaq üzrə layihəni, zira yalnız bir araya gəlməklə stabil inkişafı öz əsas yoluna qaytara bilərik.»-deyə, Quterreş vurğulayıb.
«Bizim koronavirus ilə mübarizədəki cavabımız çox yavaş və qeyri-bərabər olubdur.»- deyən BMT-nin baş katibi dünya ölkələrini ümumdünya vaksinasiya layihəsində səfərbər olmağa və vaksin istehsalını ikiqat artırmağa çağırıb.