Sen 23, 2021 11:55 Asia/Baku
  • BMT
    BMT

BMT Baş Assambleyasının 76-cı sessiyasının kənarında 20-lər qrupu ölkələrinin Əfqanıstana həsr olunmuş virtual iclası keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ dövlət katibi Entoni Blinken bu iclasla bağlı bildirib ki, BMT Baş Assambleyasının 76-cı sessiyasında Əfqanıstan məsələsi barədə 20-lər qrupunun xarici işlər nazirləri və beynəlxalq təşkilatların başçıları ilə səmərəli danışıqlar aparıb.

O qeyd edib ki, dünya ictimaiyyəti öhdəliklərə sədaqət sahəsində Taliban-dan olan gözləntilərində müttəfiqdir.

Amerika dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays da vurğualyıbdır ki, dünya taliblər qarşısında müttəfiq bir münasibətə malik olmalıdır.

Digər tərəfdən, BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstan iqtisadiyyatının dağılması və nəticədə mühacirlərin geniş şəkildə ölkədən çıxmaları və bütün bölgənin səbatsızlığının qarşısını almaq üçün bu iqtisadiyyata nağd pulun aşılanması istiqamətində mexanizmlərin yaradılması vacibliyinə təkid edib.

BMT-nin baş katibi bildirib ki, bu təşkilat Taliban-ın bəzi sanksiyalardan azad olması və humanitar yardımların Əfqanıstanda təsirli şəkildə paylanması üçün müəyyən şərait yaratmalıdır.

Antonio Quterreş qeyd edib ki; «güzəştlərin verilməsi üzrə BMT-nin yol xəritəsinin işlənib hazırlanmasının lazım olub-olmamasını nəzərdə tutmaq Təhlükəsizlik Şurasının üzərinə düşür.

20-lər qrupu 19 ölkədən və Avropa Birliyindən təşkil olunub. Bu qrupun üzvləri hər il iclas keçirirlər. 20-lər qrupunun tabeliyində olan ölkələr dünya əhalisinin təqribən üçdə iki hissəsini təmsil edirlər.

BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-dən işə başlayıb. Assambleyanın sammiti isə sentyabrın 21-dən etibarən, bir həftə müddətinə keçirilir.

 

Teqlər