Okt 03, 2021 14:08 Asia/Baku
  • Cozep Borrel
    Cozep Borrel

Avropa Birliyiinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bildirib ki; «Amerikanın sanksiyaları götürməklə anlaşmaya qayıdışı mənasında olan nüvə anlaşmasının tam icrasına geri dönməliyik.»

SəhərAzəri-nin məlumatına əsasən, «Ərəb Nyus» qəzetinə müsahibə verən Cozep Borrel deyib ki, nüvə anlaşması bir təhlükəsizlik nailiyyəti kimi qalmaqda davam edir.

«Mənim Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyana mesajım sadə idi; diplomatiya həll yoludur, gəlin, təxir etmədən Vyanaya geri dönək.»-deyə, Borrel bildirib.

İranın öz nüvə təsisatlarının fəaliyyətinin dincməqsədli istifadə istiqamətində olduğunu dəfələrlə bildirdiyi bir halda, Avropa Birliyiinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi iddia edib ki, İranın nüvə fəaliyyətlərinin mənfi istiqamətindən nigarandır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bundan öncə bildirmişdi ki, danışıqlar İranın və İran xalqının yüksək maraqlarını təmin etməlidir, zira Amerikanın ardıcıl pozuntuları və Avropanın hərəkətsizliyi ilə bu maraqlar təmin olmayıbdır.

 

Teqlər